Soyuducu anbar
Soyuducu anbar

Soyuducu Anbar

Günümüzdə bir çox sahibkar öz məhsullarını bazara çıxarır və yığımdan sonra satılan müddətə qədər məhsulların böyük hissəsi itkiyə gedə bilir. Soyuducu Anbar tikintisi ilə bu itkinin miqdarı minimuma endirilir.

Bu əsas etibarilə xarab olan yeyinti məhsullarına aiddir. Hansı ki, onların saxlanılması həddən artıq çətinlik yaradır. Meyvə və tərəvəzlərin 85%-lik böyük bir hissəsi sudan ibarət olur. Bu su miqdarını itirdikcə onlar xarab olurlar. Soyuq şəraitdə bu su itkisi minimuma düşdüyü üçün xarab olma müddəti də xeyli uzanır. Anbar tikintisi bu mövzuda həll təqdim edir.

Proses necə aparılır?

Özinoks Qrup şirkəti olaraq soyuducu anbar layihələrində hər şeydən əvvəl illik hesabat çıxarırıq. Bu hesabatda son 10 il əsas alınaraq regiondakı gündəlik təqribi iqlim şəraiti, nəm dərəcələri, külək, yağış, qar, şaxta kimi, meyvə və tərəvəz üçün soyuq otaq və anbar quraşdırmalarında  mütləq nəzərə alınması lazım gələn statistika datalar hesabata daxil edilir.

Bu hesabatlara görə Soyuq Otaq Lövhəsi və soyuducu anbarda istifadə ediləcək mərkəzi sistemlər və / və ya sənaye növü split soyuducu sistemlərinin seçimi edilər. Həmçinin, bu detallar nəzərə alınaraq evap radiatorların, soyuq otaq nəmləndirmə cihazlarının və ventilyasiya sistemlərinin seçimi edilər.

0
Uğurlu layihələr
0
Məmnun müştəri
0
Partnyor

Soyuducu anbar tikinti xidməti

Şirkətimiz bir sıra qida sənaye və kommersiya obyektlərinin inşası layihələrini həyata keçirmiş böyük təcrübəyə malik mühəndis və usta heyətinə malikdir. Bu sahənin dinamik inkişafını nəzərə alaraq şirkətimiz göstərilən xidmətlərdə üstünlüyünü saxlamaq üçün müasir texnologiyalardan istifadəyə xüsusi önəm verməkdədir. Belə yanaşma həm bizim müştərilərimizə, həm bizə maksimal fayda verir. Şirkətimizin personalı bazarın tələblərinin dəyişməsinə və yeni müştərilərin istəklərinə operativ reaksiya vermək üçün hər tərəfli təlimatlandırılmışdırlar. İstənilən layihənin hazırlıq tədbirlərindən tutmuş işin təhvil verilməsinə qədər ənənəvi olaraq məqsədimiz ilk növbədə keyfiyyət amilinə nəzarət etməkdir.