0
NƏFƏR
HEYƏT
0%
MƏMNUN MÜŞTƏRİ!
0+
TAMAMLANMIŞ
İŞ

Ana səhifə  / Haqqımızda

Şirkətimiz haqqında

Əsasən iki istiqamətdə – iri həcmli soyuducu anbar və ticarət avadanlıqlarlari istehsalı və quraşdırılması – fəaliyyət göstərən şirkətimiz 2008-ci ildə fəaliyyətə başlamışdır. Müxtəlif növ soyuducu anbar kameraları və ticarət avadanlıqlarının istehsalı sahəsində uzun illər ərzində əvəzsiz təcrübə toplayan şirkət hal-hazırda “ÖZİNOKS QRUP” adı ilə tanınır.

Şirkətimiz bir sıra qida sənaye və kommersiya obyektlərinin inşası layihələrini həyata keçirmiş böyük təcrübəyə malik mühəndis və usta heyətinə malikdir. Bu sahənin dinamik inkişafını nəzərə alaraq şirkətimiz göstərilən xidmətlərdə üstünlüyünü saxlamaq üçün müasir texnologiyalardan istifadəyə xüsusi önəm verməkdədir. Belə yanaşma həm bizim müştərilərimizə, həm bizə maksimal fayda verir. Şirkətimizin personalı bazarın tələblərinin dəyişməsinə və yeni müştərilərin istəklərinə operativ reaksiya vermək üçün hər tərəfli təlimatlandırılmışdırlar. İstənilən layihənin hazırlıq tədbirlərindən tutmuş işin təhvil verilməsinə qədər ənənəvi olaraq məqsədimiz ilk növbədə keyfiyyət amilinə nəzarət etməkdir.

Şirkətimiz əsasən özünün istehsal etdiyi poliüretan sendviç panellərdən böyük həcmli soyuducu anbarların quraşdırılmasını həyata keçirir. Şirkət eyni zamanda market, supermarket, kafe, restoran, şadlıq evlərinin, yeməkxanaların istənilən zövqə və tələbata uyğun avadanlıqlarla təchizatını həyata keçirir. Müxtəlif model soyuducu vitrinlər, market avadanlıqları, peşəkar mətbəx avadanlıqlarının istehsalı ilə də məşğuldur.

Azərbaycanın müxtəlif şəhər, rayon və kəndlərində quraşdırdığımız marketlər, soyuducu kameralar indi də yüksək səviyyədə fəaliyyət göstərirlər. Daha çox gördüyümüz işlər Gəncə, Sumqayıt, Tovuz, Şəmkir, Qusar, Xaçmaz, Siyəzən, Masallı, Lənkəran, Cəlilabad, Sabirabad, Beyləqan və s. rayonların payına düşür.

Fəaliyyətimizdə ətraf mühit və ekoloji sağlamlığın qorunmasını da prioritetimizə daxil etmişik. Biz ən yeni material və avadanlıqlardan istifadə edərək qabaqcıl texnologiyaları və innovasiyaları tətbiq edərək bu gün Azərbaycan tikinti bazarında beynəlxalq standartlara cavab verən yüksək keyfiyyətə nail olmuşuq. “ÖZİNOKS QRUP” olaraq keyfiyyəti, bilik və təcrübəni birləşdirərək əhəmiyyətli proyektlərə imza atmışıq.

24 saatlıq qaynar xətt

055 789 00 81

Müştəri xidmətimiz hər an sizin zənginizi cavablamağa hazırdır!

E-poçt: [email protected]